Qəbiristanlıqdan sinə daşlarını oğurlayan şəxs yaxalandı
12 dekabr 2016 12:17 (UTC +04:00)

Qəbiristanlıqdan sinə daşlarını oğurlayan şəxs yaxalandı

0

Dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev RPŞ-yə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

 

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar