Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya düşməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.Əməliyyat saat 10:45-də başa çatıb.
Qayıqdan Kürə yıxılan şəxs xilas edildi
172