Qaxda uşaq bağçasında yanğın olub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın dekabrın 25-i axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 kv/m olan birmərtəbəli 11 saylı körpələr evi-uşaq bağçasında qeydə alınıb.
Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.
Yanğın nəticəsində bağçanın 1 otağının 38 kv/m-lik və çardağın 12 kv/m hissəsi yanıb. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.