Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
04 aprel 2017 10:11 (UTC +04:00)

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və YSPQ-in nümayəndəsi polkovnik-leytenant Patrik Farrelli keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar