Qanunsuz ov edən 3 nəfər tutuldu
08 dekabr 2016 13:30 (UTC +04:00)

Qanunsuz ov edən 3 nəfər tutuldu

0

Cəlilabadda qanunsuz ov edən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 7-də Cəlilabad rayon sakinləri İnşallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanmış quş götürülüb.

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar