Qanunsuz ov edən 3 nəfər tutuldu
07 dekabr 2016 22:43 (UTC +04:00)

Qanunsuz ov edən 3 nəfər tutuldu

0

Cəlilabadda qanunsuz ov edən şəxslərə qarşı reyd keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, reyd Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə iştirakı ilə  təşkil olunub.

 

Nəticədə Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz ov edən  Cəlilabad şəhər sakinləri   Asif Soltanov, Tahir Məmmədov və rayonun Uzuntəpə kənd sakini  İnşallah Həsənov saxlanılıblar.

 

Araşdırmalardan onların  ov etmək barədə icazə üçün heç bir lisenziya sənədinin olmadığı müəyyənləşdirilib. Ovlanmış 25 baş gərəf,  8 baş çöl ördəyi müsadirə olunub. Saxlanılan zaman  o da məlum olub ki, ovçulardan  Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.

 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar