Biləsuvarda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 21-də Biləsuvar şəhəri ərazisində naməlum şəxs rayon sakini Nəzakət İsgəndərovaya zor tətbiq edərək içərisində 90 manat pul olan çantasını alıb.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Ceyhun Dədəliyev tutulub.