Biləsuvar rayonunda dələduzluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Biləsuvar şəhərində şəhər sakini Nicat Kazımzadə Xırmandalı kənd sakini Günel Mirzəyevanı aldadaraq 320 manat pulunu alıb.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Kazımzadə saxlanılıb.
Araşdırma aparılır.