Qadına saxta 100 manatlıq verdi
21 dekabr 2016 11:30 (UTC +04:00)

Qadına saxta 100 manatlıq verdi

0

Tovuz rayonunda saxta pul kəsən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon sakini Mehriban Quliyevaya 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən həmyerlisi Namiq Bayramov tutulub.

 

N.Bayramovun üzərinə baxış zamanı 2 ədəd 100 manatlıq saxta əskinas götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar