Şəkidə oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini Göyərçin Mürşüdovaya məxsus mağazadan 120 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakini Raqif Nöbərov tutulub. Ondan 1,176 qram tiryək də götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən də 190 manat pul və sənəd oğurlaması müəyyən edilib.