Qadın intihara cəhd etdi
16 fevral 2017 20:02 (UTC +04:00)

Qadın intihara cəhd etdi

0

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəsulzadə Şəfəq Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Ailəli olan gənc qadının hansı səbəbdən özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar