“Rusiyada millətlərarası münasibətləri hansısa xalqlar yox, mədəniyyətindən, həm özünün, həm də başqalarının ənənələrinə hörmətdən məhrum olmuş insanlar qızışdırırlar”. Lent.az-ın məlumatına görə, bunu ölkə prezidenti Vladimir Putin Federal Şuraya çağırışında deyib.
O bildirib ki, millətlərarası münasibətlər ən əsas mövzudur: “Burada Rusiyanın bir çox problemi, sosial-iqtisadi çətinliklər, korrupsiya, dövlət institutlarının işində axsamalar və əlbəttə, təhsil və mədəniyyət siyasətində uğursuzluqlar fokuslaşdırılır”.
Putinin fikrincə, bu amillər tez-tez millətlərarası münasibətlərin əsl səbəblərinin təhrif olunmuş formada başa düşülməsinə gətirib çıxarıb.