Prokuror  tikinti şirkətinin direktoruna 15 il cəza istəyib
09 dekabr 2013 17:04 (UTC +04:00)

Prokuror tikinti şirkətinin direktoruna 15 il cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət  işi üzrə məhkəmə prosesi davam etdirilib.


 

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. O, Elman Tağıyevin 3 il rəhbər və məsul vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 15 il, digərlərin isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses dekabrın 16-da davam etdiriləcək.

 

Qeyd edək ki, istintaq araşdırması zamanı cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib.

 

Bundan başqa, məlum olub ki, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Elman Tağıyev 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1760
avatar

Oxşar yazılar