Prezident İlham Əliyev Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında olub. Lent.az-ın məlumatına görə, dekabrın 24-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident və xanımı əvvəlcə tibb məntəqəsinə baxıblar.
Sonra dövlətimizin başçısı və xanımı mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış olublar.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşdülər.