Dövlət başçısı İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Əbdül Həmidə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, məktubda deyilir: “Banqladeşin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Banqladeş əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Prezident İlham Əliyev Əbdül Həmidə təbrik məktubu göndərib
0
0
0
0