Prezident əfqan naziri qəbul edib
18 mart 2014 15:22 (UTC +04:00)

Prezident əfqan naziri qəbul edib

Prezident İlham Əliyev martın 18-də Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, Azərbaycanla Əfqanıstan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlət başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Prezident Azərbaycanın Əfqanıstanda sabitliyin və əmin-amanlığın qorunması istiqamətindəki fəaliyyətini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan dövlət başçısı bu sahədə də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasının zəruriliyini qeyd edib. Xarici işlər naziri Əfqanıstan prezidenti Həmid Kərzainin salamlarını dövlət başçısına çatdırıb. O bildirib ki, ölkəsinin prezidenti Azərbaycanla uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnundur.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İlham Əliyev H. Kərzainin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan prezidentinə çatdırmağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar