Prezident İlham Əliyev neft-qaz sənayesi işçilərinə fərdi təqaüd təyin edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyət göstərmiş aşağıdakı şəxslərə prezidentin fərdi təqaüdü veriləcək:
Bədəlov Aydın Məmməd Səid oğlu
Cəfərov Rafiq Rza oğlu
Hüseynzadə Əbdülhüseyn Məmməd Cəfər oğlu.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.