Mərkəzi Polşada Yankuv-Pşiqodki yaşayış məntəqəsində təbi qaz kəmərinin partlaması nəticəsində 3 nəfər həlak olub, azı 10 nəfər yaralanıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, daha iki nəfər hələ də itkin düşmüş sayılır.
Mənbə bildirib ki, kəmərin məxsus olduğu «Gaz System» dövlət operatoru «mavi yanacağın» ötürülməsində fasilə verməyi planlaşdırmayıb.
Şirkət bildirib ki, qəza 500 mm-lik xəttin «Qustojin Odolyanov» hissəsində baş verib.