Astarada avtomobil yolu keçən 30 yaşlı piyadanı vurub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Astara sakini, 1987-ci il təvəllüdlü Murad Abdullayev “Opel” markalı avtomobil tərəfindən vurulub. Ağır kəllə-beyin travması alan piyada dərhal sürücü tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.