Pəncərədən qadının evinə girib zor tətbiq etdilər
09 mart 2017 15:42 (UTC +04:00)

Pəncərədən qadının evinə girib zor tətbiq etdilər

Abşeronda quldurluqda şübhəli bilinən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 7-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb.

 

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar