Paytaxtda ev və gözətçi otağı yandı
18 dekabr 2016 00:32 (UTC +04:00)

Paytaxtda ev və gözətçi otağı yandı

0

Bakıda ötən axşam iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının döşəməsi 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Nəsimi rayonunda ümumi sahəsi 9 m2 olan gözətçi otağının yanar konstruksiyaları və içərisində 1 ədəd çarpayı yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar