Paytaxtda avtomobil ağaca çırpılıb  - YENİLƏNİB
26 dekabr 2013 10:30 (UTC +04:00)

Paytaxtda avtomobil ağaca çırpılıb - YENİLƏNİB

Bakıda Babək prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. APA-nın məlumatına görə, sürücü xəsarət almasa da, maşına ziyan dəyib.

 

Hadisə şahidlərininn dediyinnə görə, qəzaya səbəb VAZ 2107 markalı avtomobilin qəfil "Mercedes Benz"in yoluna çıxması olub.  "Mercedes Benz"in sürücüsü maşını öncə yol kənarındakı dirəyə, daha sonra isə ağaca çırpıb.

 

Qəza şəraiti yaradan VAZ 2107-nin sürücüsü  hadisə yerindən qaçıb. Faktla bağlı Nizami Rayon Yol Polisi İdarəsində araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar