Paytaxtda 46 yaşlı kişi bıçaqlandı
31 iyul 2018 04:54 (UTC +04:00)

Paytaxtda 46 yaşlı kişi bıçaqlandı

Qaradağ rayonunda dava zamanı 1 nəfər xəsarət alıb.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Lökbatan qəsəbəsindəki parkda qeydə alınıb.

 

Belə ki, 1972-ci il təvəllüdlü Zərbəliyev Elnur Mahmudoviç taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Tərəflər arasında mübahisəyə səbəb təhqiredici ifadə olub. Onların mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı E.Zərbəliyev bıçaqlanıb.

 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Taksi sürücüsü isə hadisə yerindən avtomobili ilə qaçarkən Qaradağ Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar