Paytaxt yollarında sürət həddi artırıldı
16 dekabr 2016 09:17 (UTC +04:00)

Paytaxt yollarında sürət həddi artırıldı

0

 

Paytaxt yollarında sürət həddi artırılıb.

 

Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, dünən paytaxtda müşahidə edilən faktiki hava şəraitini nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti - Hava limanı və Zığ - Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə ) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilmişdi.

 

Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb.

 

Sektor müdiri deyib ki, hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar