Ötən il həbsdə olan şəxslərdən qaçan olmayıb
22 yanvar 2014 17:14 (UTC +04:00)

Ötən il həbsdə olan şəxslərdən qaçan olmayıb

Penitensiar xidmətin Baş idarəsində Mühafizə alayının 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.


 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəisi Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə Mühafizə alayının və Penitensiar xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər. 

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov Mühafizə alayının 2013-cü ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib. Qeyd olunub ki, 2013-cü ildə Mühafizə alayının qarşısında qoyulan vəzifələr əsasən yerinə yetirilib, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrum etmə yerlərindən qaçması hallarına yol verilməyib. Eyni zamanda, il ərzində Alaya gələn gənc əsgərlərin qəbulu, onlarla tədris toplanışlarının və məşğələlərin keçirilməsi təmin olunub. Mühafizə alayının maddi - texniki bazası möhkəmləndirilib, müxtəlif müasir növ silah - sursat və digər xidməti ləvazimatlar alınıb.

 

Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

 

Mədət Quliyev isə çıxışında Mühafizə alayının ötən il vəzifələrini lazımi səviyyədə həyata keçirdiyini qeyd edib. Vurğulanıb ki, xidmətdə əldə etdikləri yüksək göstəricilərə görə mühafizə alayının fərqlənən əməkdaşları həvəsləndirilib, onlara rütbələr və mükafatlar verilib, alayın bir əməkdaşı isə prezident İlham Əliyevin sərəncamı ilə dövlət mükafatına layiq görülüb. Nazir müavini Mühafizə alayının fəaliyyətində mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar