2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Ombudsmanın ünvanına 697 müraciət daxil olub.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatında bildirilir.
Müraciətlərdə məhkəmə qərarlarının icra edilməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlara münasibətdə kobud rəftar və s. hallar öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, edilən müraciətlər üzrə zəruri araşdırma aparılıb, həmin qərarların icrasına tam və yaxud qismən nail olunub.