Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun digər cinayət əməli də müəyyən edilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun qardaşı Aqil ilə birgə rayon ərazisindəki evlərdən birinin həyətindən su mühərriki və 135 metr elektrik kabelini oğurlamaları da müəyyən edilib.
Görülən tədbirlərlə Aqil Eminov tutulub.