Noyabrda 223 partlamamış hərbi sursat, 3 mina zərərsizləşdirilib
06 dekabr 2016 11:41 (UTC +04:00)

Noyabrda 223 partlamamış hərbi sursat, 3 mina zərərsizləşdirilib

0

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu ilin noyabr ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatları ilə bağlı  məlumatı açıqlayıb.

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, 2016-cı ilin noyabr ayı ərzində 1 876 649 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 223 ədəd PHS və 3 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Məlumatda bildirilir ki, əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 127 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

 

İndiyədək cəmi 391 480 601 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 928 -dur.

 

Noyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Tərtər, Gəncə, Lənkəran, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar