Novxanıda ağır qəza: <b>3 yaralı</b>
25 mart 2014 12:18 (UTC +04:00)

Novxanıda ağır qəza: 3 yaralı

0

Novxanıda ağır yol qəza hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, “Jiquli” markalı avtomobillə “Niva” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır yaralanıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Lent.az-a açıqlamasında bildirib ki, hadisə yerinə tibbi yardım göndərilib və üç nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, xəsarət alanlar “Jiquli” markalı avtomobilin sərnişinləri olublar.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar