Bir qəzada 5 nəfər xəsarət aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - YENİLƏNİB
21 dekabr 2013 22:30 (UTC +04:00)

Bir qəzada 5 nəfər xəsarət aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - YENİLƏNİB

Bakının Nobel prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının binası yaxınlığında, prospekt boyunca hərəkət edən "Jeep" və "Mercedes Benz " markalı avtomaşınlar  toqquşub.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürətlə hərəkət edən "Jeep" qarşı yola çıxaraq əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra isə "Mercedes Benz"ə çırpılıb. Nəticədə "Jeep"də olan 3 nəfər və "Mercedes Benz"də olan 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar dərhal  1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Xətai Rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verdilən məlumata görə,  "Jeep"  yolda nəqliyyatın hərəkətinə mane olduğu üçün dərhal hadisə yerindən evakuasiya olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2611
avatar

Oxşar yazılar