Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan çay evində yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, çay evinin zirzəmisində 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 4 m² sahədə yanıb.
Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.