Neftçalada silsilə oğurluq edən keçmiş məhkum tutuldu
29 yanvar 2018 23:54 (UTC +04:00)

Neftçalada silsilə oğurluq edən keçmiş məhkum tutuldu

Neftçalada mağazalardan silsilə oğurluq edən rayon sakini saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Qırmızıkənd kənd sakini Ayaz Ağayevə məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən  seyfdən 150 manat nağd pul və 300 manat dəyərində danışıq kartları, 85 manatlıq siqaretlərin oğurlanması barədə Neftçala rayon polis şöbəsinə yazılı müraciət edib.

 

Həmçinin Nofəl  Əlisəfa oğlu Məmmədov Neftçala polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 300 manat dəyərində nağd pul, 100 manat dəyərində telefon danışıq kartları, həmçinin müxtəlif ərzaq məhsullarını və siqaret  oğurlandığını, ümumilikdə 517 manat məbləğində ziyan dəydiyini qeyd edib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin cinayət hadisələrini rayonun Qırmızıkənd kənd sakini, əvvəllər oğurluq üstündə məhkum olunmuş, 24 yaşlı İsa Nəcəfli törədib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.  İ.Nəcəfli   telefon kartlarının müəyyən hissəsini Bakı şəhərində satıb. İlkin istintaq zamanı İsa Nəcəflinin ötən ilin avqustunda Ayaz Ağayevin mağazasından 1200 manat pul oğurladığı da aşkar olunub.   Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar