Neftçalada yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu, Şorkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirindən ibarət tavanı 72 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.