Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin ətraf mühitin böyük mütəxəssis-mühafizə yegeri İsmayılov Pərviz Rüstəm oğlu ərazidə rey keçirərkən kimliyi bilinməyən şəxslər tərəfindən güllələnib. Lent.az-ın z azvision.az-a istinadən verdiyi məlumata görə, P.İsmayılov Bərdə rayonun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı əkin sahəsində xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qanunsuz ov edilməsinə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirən zaman ərazidə iki nəfər naməlum şəxsin ov silahları olduğunu görüb. O, həmin şəxslərin ov etmələrinin qanuni olub-olmadığını araşdırmağa cəhd etdikdə, həmin naməlum şəxslərdən bir nəfəri Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə ov tüfəngindən bir dəfə atəş açaraq sağ sarğı və hər iki budun arxa səthinin yeddi ədəd deşilmiş qırma yaraları xəsarətləri yetirib.
Faktla bağlı araşdırma aparılır.
Nazirlik əməkdaşını güllələdilər
1245