NATO Litvada  təlimlər keçirir
20 noyabr 2016 22:18 (UTC +04:00)

NATO Litvada təlimlər keçirir

0

Litvada NATO-nun “Iron Sword” adlı təlimləri başlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlərdə 4 min hərbçi iştirak edir.

 

Təlimlərə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniya hərbçilərinin qatıldığı bildirilir.

 

Təlimdə hərbçilər arasında əlaqələndirmə, real döyüş şəraitində birgə fəaliyyətin  yoxlanılması və təkmilləşdirilməsi, hücum və müdafiə əməliyyatlarının təşkili, yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar