Narkotik alverçisi tutuldu
12 dekabr 2013 11:50 (UTC +04:00)

Narkotik alverçisi tutuldu

Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan iki nəfər barədə narkotik satışı, bir nəfəri barədə isə istifadəçi qismində həbs qəti imkan tədbiri seçilib. Araşdırma zamanı müəyyən olub ki, rayon sakini Sənan Aslanov narkotik vasitəni həmyerlisi Vüqar Mehdiyevdən alıb.

 

Əməliyyat zamanı adı çəkilən Vüqar Mehdiyev saxlanılıb. Onun da üzərinə baxış keçirilən zaman bir qutu qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Vüqar Mehdiyev bu işlə ilk dəfə məşğul olduğunu və narkotik vasitəni Müşfiq adlı şəxsdən satış məqsədi ilə aldığını bildirib. Əməllərini etiraf edən Vüqar peşman olduğunu söyləyib.

 

Polis əməkdaşlarının keçirdiyi axtarış zamanı Saatlı rayon sakini Müşfiq Abdullayev də ələ keçirilib. Dindirilmə zamanı Müşfiq əməllərini etiraf edib. Narkotik vasitəni isə balıq tutmağa gedən zaman çöl sahədəki çətənə kollarından yığdığını söyləyib.

 

Saxlanılan hər üç şəxs cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

APA TV

# 517
avatar

Oxşar yazılar