Mustafa Balbay azadlığa buraxıldı
Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Balbay azadlığa buraxılıb. Balbayın azadlığa buraxılması qərarı Sincan həbsxanasında icra edilib.
Həbsxana önündə yığışan CHP tərəfdarları sevinclərini gizlətməyiblər. Onlar “Bu başlanğıcdır, mübarizə davam edəcək” şüarı səsləndiriblər.
Qeyd edək ki, Mustafa Balbay “Ergenekon” adlı qeyri-leqal təşkilata qarşı aparılan istintaq çərçivəsində 2009-cu ilin martın 6-da saxlanılıb. O, 2013-cü ilin avqustun 5-də məhkəmənin qərarı ilə 34 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
616