Azərbaycan Müdafiə Nazirliyində keçirilən geniş hərbi kollegiya iclası başa çatıb.
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sədrliyi ilə keçirilən kollegiya iclasında Azərbaycan Silahlı Qüvvələrində 2013-cü ildə görülən işlərin yekunu müzakirə olunub, qarşıda duran vəzifələr barədə tapşırıqlar verilib.
Kollegiyada ayrı-ayrı qoşun birləşmələrinin komandirlərinin məruzələri dinlənilib.
Kollegiya zamanı Müdafiə Nazirliyində təyinatlarla bağlı hər hansı əmr elan olunmayıb.