MTN Pərviz Həşimlinin intihara cəhdi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
13 dekabr 2013 16:28 (UTC +04:00)

MTN Pərviz Həşimlinin intihara cəhdi ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi barədə iddiasına baxılıb.


 

APA-nın məlumatına görə, P. Həşimli məhkəmə binasının qarşısında jurnalistlərə ona işgəncə verildiyini deyib. Daha sonra P. Həşimlinin vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında qayçı ilə özünə xəsarət yetirmək istədiyini, lakin onun bu cəhdinin qarşısının alındığını bildirib.

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya açıqlamasında bu məlumatların əsassız olduğunu qeyd edib: “Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirirlər. İndiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır” .

 

Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

 

Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində həbs-qətimkan tədbiri seçilib.

 

P. Həşimlinin bu gün keçirilən məhkəməsini yarımçıq tərk edən vəkili E. Sadıqovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Vəkil telefonlara cavab vermədiyindən və bugünkü proses qapalı keçirildiyindən məhkəmənin P. Həşimlinin iddiası ilə bağlı hansı qərarı verdiyini də öyrənə bilmədik. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1282
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19