Mövqelərimiz 23 dəfə atəşə tutulub
28 fevral 2014 09:49 (UTC +04:00)

Mövqelərimiz 23 dəfə atəşə tutulub

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar