Moskvanın cənubundakı Lyublino rayonunda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, cinayətkarlar xarici markalı avtomobili atəşə tutaraq, hadisə yerindən qaçıb.
“Şkoda”da olan naməlum şəxslər avtomobildən çıxaraq, digər “Şkoda”dakı sürücü və sərnişinə bir neçə atəş açıb. Nəticədə 1 nəfər ölüb, digəri yaralanıb. Hüquq-mühafizə orqanlarından “RİA Novosti”yə bildirilib ki, həm ölən, həm də yaralanan azərbaycanlıdır.