Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.
Qeyd edək ki, bu təqaüd bu günə qədər 1000 (min) manat idi.
Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.