Millət vəkilləri Qənirə Paşayeva və Rasim Musabəyov “Hasilat sənayesində parlamentarilərin rolu” mövzusunda dekabrın 13-14-də keçiriləcək regional seminarda iştirak edəcəklər. Lent.az-ın məlumatına görə, Gəlirlərə Nəzarət İnstitutu və Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Şəbəkəsi tərəfindən təşkil olunmuş bu tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan parlament üzvləri qatılacaqlar. Seminarda neft, qaz və mədən sahələrində qanun yaradıcılığı və onun tətbiqinə cəlb olunmuş parlament üzvləri arasında təcrübə mübadiləsi aparılacaq, parlamentlərin bu prosesə cəlb olunması imkanları dəyərləndiriləcək.
Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirəcəklər.