Bakı metrosunda oğurluqda şübhəli bilinən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 18-də metronun "Nizami" stansiyasında, qatarda Kəlbəcər rayon sakini Şahzadə Aslanovanın çantasından 135 manat, 11 ABŞ dolları pulu və sənədi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Etibar Quliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.