Metroda problem yaranıb
16 yanvar 2014 17:03 (UTC +04:00)

Metroda problem yaranıb

Bu gün saat 16:15 radələrində Bakı Metropolitenində qatarların hərəkətində problemlər yaranıb.


Bu barədə APA-ya Bakı Metropolitenindən məlumat verilib.

 

Hadisəyə səbəb "Azərenerji"nin balansında olan Bakı İstilik Elektrik Mərkəzindən Metropolitenə verilən elektrik xətlərində gərginliyin ani olaraq aşağı düşməsi olub. Enerjinin kəsilməsi nəticəsində qatarlar stansiya və tunellərdə dayanıb.

 

Nəticədə Metropolitenin xətdə olan qatarlarının hərəkətində 5-6 dəqiqə ləngimə yaranıb.

 

Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov da APA-ya açıqlamasında bu problemin yarandığını təsdiqləyib: «Metropoliteni elektrik enerjisi ilə təmin edən ötürücü xətdə problem yaranmışdı. Lakin artıq problem aradan qaldırılıb və qatarlar qrafik üzrə hərəkətini bərpa edib».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2168
avatar

Oxşar yazılar