Mənzil fırtıldaqçısının istəyi reallaşmadı
09 may 2017 10:07 (UTC +04:00)

Mənzil fırtıldaqçısının istəyi reallaşmadı

0

 

Bir mənzili bir neçə adama sataraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qasım Hüseynovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən,  birinci instansiya məhkəməsinin çıxartdığı hökm dəyişdirilmədən saxlanılıb və Q. Hüseynovun şikayəti təmin edilməyib.

 

Qeyd edək ki,  Q.Hüseynov Bakıda yerləşən tikinti şirkətlərindən birinin rəhbəri ilə qohum olduğunu əsas gətirərək vətəndaşları mənzillə təmin edəcəyini deyib. O, bu yolla paytaxt sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq edib. Q.Hüseynov mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinib.

 

Q.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar