MDB-nin Baş Qərargah rəisləri Bakıya yığışır
25 mart 2014 10:22 (UTC +04:00)

MDB-nin Baş Qərargah rəisləri Bakıya yığışır

0
Aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlk dəfə olaraq Azərbaycanda keçiriləcək iclasda MDB ölkələrinin Baş Qərargah rəisləri iştirak edəcəklər.

Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 885

Oxşar yazılar