Maskalı şəxslə evə basqın edib, qadının əl-ayağını bağladı
14 may 2018 15:16 (UTC +04:00)

Maskalı şəxslə evə basqın edib, qadının əl-ayağını bağladı

0

Ucarda törədilmiş quldurluq cinayətinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 17-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub. Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar