Balakən rayonunda piyadanı vurub qaçan sürücü yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 1-də saat 22 radələrində Balakən rayonunun Qabaqçöl qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaysa kənd sakini Məhəmməd Əlibəyovu vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2104" markalı avtomobilin sürücüsü - Qaysa kənd sakini Kamil Xəlilov tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırma aparılır.