Maşını harda saxladığını unutdu, polisə şikayət etdi
30 mart 2017 12:34 (UTC +04:00)

Maşını harda saxladığını unutdu, polisə şikayət etdi

0

Sumqayıt şəhər sakininin avtomobili tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

 

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

 

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb, R.Əliyevin həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unutması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar